Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur
Bakı, 1 iyul, AZƏRTAC
Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Artıq qəbulun birinci mərhələsi yekunlaşıb və 34 tələbə maliyyələşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdat Həsənov deyib.
O bildirib ki, ikinci mərhələ üzrə artıq qəbul elan olunub. Bu mərhələdə təxminən 50 tələbənin maliyyələşdirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]