XARİCİ İŞ ADAMLARININ ÖLKƏMİZİN KƏND TƏSƏRRÜFATINA MARAĞI ARTIR
Milli Məclisin aqrar siyasət daimi komissiyasının fevralın 14-də keçirilmiş iclasında komissiyanın sədri Eldar İbrahimov deyib ki, aqrar sahəyə dair ötən sessiyada qəbul edilmiş “Üzümçülük və şərabçılıq haqqında”, “Tütün və tütün məmulatları haqqında” qanunlar kənd təsərrüfatının inkişafına və əhalinin işsizliklə bağlı problemlərinin həllinə müsbət təsir göstərmişdir. Bu qanunlar xarici iş adamlarının da marağına səbəb olmuşdur. Hazırda Fransanın iş adamları Azərbaycanda üzümçülük sahəsinə sərmayə qoymaq barədə danışıqlar aparırlar. Tütünçülük də diqqəti çəkir. Əfsuslar olsun ki, bir zamanlar ətirli tütün sortunun toxumları ölkəmizə gətirilsə də, səriştəsiz iş adamları bu toxumlardan səmərəli istifadə edə bilməyiblər. Aqrar siyasət daimi komissiyası kənd təsərrüfatının inkişafına və işsizlik probleminin həllinə imkan verəcək daha bir neçə qanun layihəsini parlamentin yaz sessiyasında müzakirəyə çıxaracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]
Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb
- 09.06.2026 [12:17]