Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışıb. Ölkələr arasında ikitərəfli səviyyə ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğu ifadə edilib.
Nazir, həmçinin bölgədə mövcud olan münaqişə sonrası reallıqlar, bu xüsusda Rusiyanın oynadığı rolu, üçtərəfli bəyanatların icrası məsələləri ilə bağlı ekspertlərə məlumat verib.
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]