XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ MÜSƏLMAN ÖLKƏLƏRİNİN SƏFİRLƏRİNƏ İFTAR SÜFRƏSİ VERİLMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 24-də nazir Elmar Məmmədyarov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirlərinə hicri təqvim ilə müqəddəs Ramazan ayının 20-si gecəsində iftar süfrəsi vermişdir. Mərasimdə 9 diplomatik missiyanın rəhbərləri iştirak etmişlər.