Xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşları ipoteka kreditindən faydalana bilərlər
Bakı, 10 dekabr, AZƏRTAC
Xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşları ipoteka kreditindən faydalana bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun İpoteka Kreditləri Departamentinin direktoru Rasim Abdullayev deyib.
“Xaricdə çalışan əməkdaşların elektron sistemdə məlumatları olmadığı üçün onlar gəlirlərinə dair müvafiq təsdiqləyici sənədləri kağız daşıyıcılarında təqdim etməlidirlər. Bununla bağlı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı var. Əmək müqaviləsi bildirişi, iş yerindən arayış, bank hesablarından çıxarış və ailə üzvlərinin şəxsiyyət vəsiqələri ipoteka krediti üçün müraciət etməyə kifayətdir”, - deyə departament direktoru diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]