Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici ölkələrdə təhsil azərbaycanlı gənclərə nələr vəd edir?

Xarici ölkələrdə təhsil azərbaycanlı gənclərə nələr vəd edir?

Bakı, 22 iyun, AZƏRTAC

Təhsil gənclərin inkişafı, fəal sosial həyata atılması və sağlam gələcək formalaşdırması baxımından açar elementdir. Beynəlxalq səviyyədə razılaşdırılmış qlobal inkişaf hədəfləri arasında da təhsil prioritet istiqamət kimi göstərilir. Bu sırada BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” və “Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramı”nda təhsilin əhəmiyyətinin xüsusi vurğulandığını qeyd etmək lazımdır.

Təhsil yoxsulluğun və aclığın aradan qaldırılması, davamlı və bərabər səviyyəli iqtisadi inkişafa nail olunması baxımından vacib sahədir. Eyni zamanda, gənclərin təhsil alaraq əldə etdikləri biliklər onların sosial, iqtisadi və siyasi inkişaf proseslərində səmərəli iştirakına imkan yaradır. Gənc nəslin qlobal proseslərə təsir imkanlarının artması onların təkcə öz ölkələrində deyil, müxtəlif dövlətlərin təhsil müəssisələrində biliklər əldə etməsi, hərtərəfli dünyagörüşünə yiyələnməsi və dünyada baş verən prosesləri yaxından izləməsi zərurəti yaradır.

Qeyd olunan məqamlar beynəlxalq səhnənin əsas aktorlarından birinə çevrilən Azərbaycan və gəncliyimiz üçün də önəmli mahiyyət daşıyır. Ölkəmizin sürətli və hərtərəfli inkişafı müxtəlif sahələrdə savadlı kadrların yetişməsinə. onların bu inkişaf prosesində fəal iştirakına zəmin yaradır. Digər tərəfdən, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi ilə bütün istiqamətlərdə olduğu kimi, elm və təhsil sahələrində də gənclərimizin inteqrasiya proseslərinə qoşulmasına, tərəflər üçün faydalı olan təcrübə mübadilələrinin həyata keçirilməsinə və mövcud intellektual potensialın zənginləşdirilməsinə ehtiyac yaranır. Bu baxımdan, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyduğu dövrdən etibarən gənclərimizin xarici ölkələrdə təhsil almaları, fəaliyyət göstərmək arzusunda olduqları sahənin incəliklərinə mükəmməl yiyələnmələri üçün dövlət tərəfindən önəmli tədbirlər görülür. Nəzərə alsaq ki, böyük intellektual potensiala malik Azərbaycan gəncləri ölkəmizin davamlı inkişafında mühüm rola malikdir, bu zaman mövcud potensialın daha da təkmilləşdirilməsi və xarici ölkələrin təcrübələrinə yiyələnməklə Azərbaycanda müxtəlif sahələrdə faydalı ola biləcək kadrların formalaşdırılması məqsədəuyğun addımdır. Bu uzaqgörən siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə təhsili prioritet istiqamətlərdən biri kimi gündəmə gətirərək xalqımızın gələcək rifahının təminatı baxımından milli kadr potensialının təkmilləşdirilməsinin vacibliyini irəli sürüb. Ulu Öndər həmin dövrdə aktual olan mühüm ixtisaslar üzrə peşəkar mütəxəssis kontingentinin formalaşmasına xüsusi diqqət yetirirdi. Bu hədəfə uğurla nail olmaq üçün hər il xeyli sayda azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilirdi. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minədək azərbaycanlı göndərilib, hər il xaricə 800 tələbə yola salınıb. Belə bir ənənənin əsasının qoyulması və bu gün də uğurla tətbiqi nəticəsində ölkəmizdə bir çox sahələrdə əldə edilən nailiyyətlərin əsas iştirakçıları olan gənc, dinamik, savadlı və peşəkar kadrlar yetişib.

Müvafiq istiqamətdə vahid sistemin formalaşdırılması baxımından Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanmış və 2006-cı il 19 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əhəmiyyətli qərardır. Belə ki, ölkəmizin inkişaf perspektivləri bütün istiqamətlərdə fəaliyyət göstərəcək kadrlar qarşısında Azərbaycanda müxtəlif sahələrdə müasir standartlara cavab verən yeni bir mərhələyə keçidi təmin etmək öhdəliyi qoyur. Bu vəzifəni layiqincə yerinə yetirə bilmələri üçün dövlətimiz gənclərin ehtiyac duyduqları bütün zəruri şəraiti yaradır.

Dövlət Proqramı çərçivəsində 2007-2015-ci illərdə ümumilikdə 3.558 nəfər xarici ölkələrdə təhsil almaq hüququ əldə edib. Gənclərimiz dünyanın 32 ölkəsində 379 ali təhsil müəssisəsində təhsil alıblar. Statistik göstəricilər xaricdə təhsil almaq hüququ qazananların ən çox İngiltərə, Türkiyə, Almaniya, Kanada universitetlərinə üstünlük verdiklərini göstərir. İxtisas seçiminə gəldikdə isə tibb, iqtisadiyyat, informasiya texnologiyaları, mühəndislik, sosial və humanitar elmlər xarici ölkələrdə təhsil almağa üz tutan azərbaycanlı gənclərinin prioritet sahələridir. Proqramın sonuncu - 2015-2016-cı tədris ili üçün keçirilmiş müsabiqə nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 373 tələbənin adı Proqram təqaüdçüləri siyahısına daxil edilib. Onlar arasında Uoterlu, Toronto, Oksford və Kolumbiya universitetləri kimi ali təhsil müəssisələrinin tələbəsi adını qazanmış gənclərimiz var. Şübhəsiz, onlar məzun olduqdan sonra vətənlərinə dönərək Azərbaycanda müvafiq sahələrin davamlı inkişafına mühüm töhfələr verəcəklər. Maraqlı və sevindirici məqamlardan biri də odur ki, ilk dəfə bir azərbaycanlı tələbə antropologiya üzrə Avstraliyada təhsil almaq hüququ əldə edib. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində bu günədək 100-dən çox tələbənin turizm sahəsi üzrə xaricdə təhsil almaq imkanı qazanması ölkəmizdə turizm sektorunun gələcək inkişafı üçün önəmli amillərdəndir.

Dövlət Proqramının icrası müddətində görülən işlər və əldə edilən nəticələr ölkəmizin davamlı inkişafı naminə müəyyənləşdirilən əsas prioritetlərdən hesab olunan “qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində həyata keçirilən tədbirlərə önəmli töhfə verməkdədir. Azərbaycanda gəncliyin milli inkişaf strategiyasının tərkib hissəsinə çevrilməsi və bunun üçün lazımi mənbələrin səfərbər edilməsi uzunmüddətli iqtisadi inkişafın möhkəm bazisini formalaşdırır.

Qeyd olunan məqamları təhlil edərək xaricdə təhsil almağın gənclərimizə nələr vəd etdiyinə və dövlətimizin inkişafı istiqamətində hansı nəticələrə nail olunduğuna qısaca nəzər salaq:

Dövlət Proqramının 9 illik icrası müddətində xarici ölkələrdə təhsil almaq istəyənlərin sayının ildən-ilə artması gənclərimizin seçdikləri ixtisaslara daha mükəmməl yiyələnmək istəyindən, fərqli təhsil sistemləri ilə tanış olaraq əldə etdikləri bilikləri ölkəmizin inkişafı naminə tətbiq etmək marağından irəli gəlir və bu, sevindirici məqamdır.

Nəzərə alsaq ki, gənclər təhsil aldıqları xarici ölkələrdə həm də Azərbaycanı təmsil edirlər, bu zaman onların müvafiq ali məktəblərin fəal tələbələri olmaları və təhsillərini yüksək nəticələrlə bitirmələri ölkəmiz və gəncliyimiz üçün qürurverici haldır.

Azərbaycanlı tələbələr, eyni zamanda, təhsil aldıqları ölkələrdə respublikamızla bağlı həqiqətləri ictimaiyyətə çatdırmaqla dövlətimizin mədəniyyətinin, tarixinin, zəngin irsinin fəal təbliğatçısı kimi fəaliyyət göstərirlər. Belə ki, tələbələrimiz müxtəlif ölkələrdə gənclər təşkilatları yaratmaqla və çoxlu sayda tədbirlər keçirməklə ölkəmizdən coğrafi baxımdan uzaqda yerləşən məkanlarda Azərbaycanın haqq səsi olurlar.

Gənclərimizin gələcəkdə ixtisasları üzrə peşəkar və tələb olunan kadr kimi formalaşması baxımından Dövlət Proqramı əvəzsiz imkandır. Belə bir Proqramın tətbiqi, eyni zamanda, böyük gələcəyi olan, zəngin intellektual potensiala malik Azərbaycan gəncliyinin dünyada baş verən sosial, siyasi və iqtisadi proseslərə təsir imkanlarını artırır. Bu gün artıq nüfuzlu beynəlxalq təşkilatlarda fəaliyyət göstərərək qlobal prosesləri təhlil etmək və ölkəmizin mövqeyini uğurla müdafiə etmək iqtidarında olan dinamik gənc nəsil formalaşır.

Mühüm məqamlardan biri də odur ki, belə bir Proqramın icrası ölkə rəhbərliyinin gənclərə, elm və təhsil sahələrinin inkişafına göstərdiyi diqqətin vacib elementidir. Şübhəsiz ki, növbəti illərdə dünyanın nüfuzlu universitetlərindən məzun olmuş, təhsilini uğurla başa vuraraq Vətənə qayıtmış gənclərimiz ölkəmizin davamlı inkişafının, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinin və mühüm nailiyyətlərə imza atmasının əsas aktorları olacaqlar.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb