Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xarkovda azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovla vida mərasimi keçirilib VİDEO

Xarkov, 20 noyabr, AZƏRTAC

Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovla Xarkov şəhərində vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Xarkov şəhər merinin birinci müavini Aleksandr Novak, merin səhiyyə məsələləri üzrə müavini Svetlana Qorbunova Ruban, ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, ikinci katibi Samir Allahverdiyev, Azərbaycan və Qazaxıstanın Xarkovdakı fəxri konsulları Əfqan Salmanov, Emin Nəcəfov, Xarkov Diplomatik Akademiyasının fəxri prezidenti Sergey Çernov və Azərbaycanın diaspor rəhbərləri, soydaşlarımız iştirak ediblər.

Mərasimdə çıxış edən merin birinci müavini Aleksandr Novak bildirib ki, Seyfəddin Qurbanov Xarkov şəhəri, ümumilikdə Ukrayna mədəniyyətində silinməz iz qoyub. Onun əsərləri Xarkova xüsusi gözəllik verir. O bildirib ki, Seyfəddin Qurbanov Ukrayna və Azərbaycan arasında mədəniyyətin inkişafında körpü rolunu oynayırdı.

Xarkov şəhər merinin müavini Svetlana Qorbunova Ruban deyib ki, Seyfəddin Qurbanov kimi tanınmış heykəltəraşın itkisi Ukrayna üçün böyük itkidir. Onun itkisi sənətkarın arzularını, gələcəkdə ərsəyə gətirəcəyi əsərlərini yarımçıq qoydu. Seyfəddin Qurbanov Ukrayna və Azərbaycan mədəniyyətinə qiymətli əsərlər bəxş edən xalqına, Vətəninə, seçdiyi sənətə sadiq sənətkar idi.

Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Sabir Rzayev çıxışında bildirib ki, Seyfəddin Qurbanovun vaxtsız itkisi Azərbaycan və Ukrayna xalqları üçün böyük itkidir. Bu qüdrətli heykəltəraşın müxtəlif süjetli kompozisiyaları Ukraynanın meydanlarını, parklarını daha da baxımlı, yaraşıqlı edir. “İnanıram ki, Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdiriləcək”, - deyə Sabir Rzayev əlavə edib.

Daha sonra vida mərasimində çıxış edən Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Diplomatik Akademiyasının fəxri prezidenti Sergey Çernov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Murad Ömərov və digərləri heykəltəraşın həyat və yaradıcılığı barədə ətraflı danışıblar.

Qeyd edək ki, Azərbaycanın Xarkovdakı Mədəniyyət və İnformasiya Mərkəzinin rəhbəri olmuş Seyfəddin Qurbanov noyabrın 16-da Türkiyənin Alaniya şəhərində koronavirusdan dünyasını dəyişib.

Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.

1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti idi. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", "Nəsimi", "Müslüm Maqomayev", İrpensk şəhərindəki "Zərifə Əliyeva", Xarkov şəhərindəki Mirzə Fətəli Axundzadənin də heykəlinin olduğu "Filosoflar", Sloveniyada "Nizami Gəncəvi" və digər abidələrin müəllifidir.

2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

Xarkovda azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovla vida mərasimi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliya, Sloveniya və Xorvatiya qanunsuz miqrasiya ilə mübarizədə səylərini gücləndirir

20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb

Zelenskidən Trampa təbrik mesajı: Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar

"Mançester Siti" Özbəkistan millisinin futbolçusunu transfer edib

Tələbə gənclər təşkilatları 20 Yanvar - Ümumxalq Hüzn Gününün ildönümü ilə bağlı silsilə tədbirlər keçirib

Superliqa: "Trabzonspor"dan böyük hesablı qələbə

Rumıniyada 20 Yanvar faciəsinin 35-ci il ildönümünə həsr olunmuş anım tədbiri keçirib

Aktauda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Ankarada 20 Yanvar faciəsinin şəhidləri yad edilib

Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb

Tramp: Amerikanın qızıl dövrü başlayır

20 Yanvar şəhidləri İsraildə anılıb

Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib VİDEO

Hamburq limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNƏCƏK

Moldova portalı Qanlı Yanvar hadisələrindən yazıb

20 Yanvar – Ümumxalq Hüzn Günü Budapeştdə yad edilib

Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Bayden administrasiyası tarixdə riyakarlıq nümunəsi kimi qalacaq ŞƏRH

İçərişəhərdə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı tədbirlər keçirilib

Avstriyanın Qrats şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

20 Yanvar yaddaşlara Vətən sevgisinin izharı kimi həkk olundu  – Məqalə

Komitə sədri İqdırda Azərbaycan icmasının üzvləri ilə görüşüb

Qazaxıstan nəşri 20 Yanvar faciəsindən yazıb

Azərbaycan könüllüləri Şəhidlər xiyabanını ziyarət ediblər

İtaliya saytı 20 Yanvar faciəsindən yazıb

İqdırda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konfrans keçirilib

Konstitusiya Məhkəməsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Putin Trampı təbrik edib

Şəhidlik zirvəsinə ucalan vətən övladlarının əbədi xatirəsi ehtiramla yad edilib

Varşavada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

Ekspert: Azərbaycan-Gürcüstan tərəfdaşlığı Orta Dəhlizin uğurlu fəaliyyətinin əsas elementidir – MÜSAHİBƏ

Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib VİDEO

Mərkəzi Bankın rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

İtaliya mediası 20 Yanvar faciəsindən yazır

20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

AMEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Litvada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

ANAMA nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Qərbi Azərbaycan İcmasının kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Fərid Səfərli Azərbaycana qaytarılıb

Latın Amerikası mətbuatı 20 Yanvar faciəsindən yazıb

20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub VİDEO

Ümumxalq Hüzn Günü Düşənbədə qeyd olunub

İspaniya mətbuatı: Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”dən ayrılmaq qərarına gəlib

“Mançester Yunayted” 131 ildən sonra antirekordunu təkrarlayıb

Sarayevoda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Böyük Britaniyanın xarici işlər naziri: ABŞ-ın Çaqos adaları razılaşmasını yenidən nəzərdən keçirməsi doğrudur

Ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin şərəf və qəhrəmanlıq salnaməsi

“Adjara.PS” portalında “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub

20 Yanvar şəhidlərinin xatirəsi Gürcüstanın bölgələrində də ehtiramla anılıb

Əlcəzairdə 20 Yanvar faciəsi geniş şəkildə yad edilib

Gürcüstanın Bolnisi və Qardabani rayonlarında 20 Yanvar şəhidlərin xatirəsi anılıb

Azərbaycan nümayəndə heyəti Qarsdan Naxçıvan sərhədinədək dəmir yolunun tikintisi layihəsi ilə tanış olub

Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib

Sankt-Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

“Kəpəz”in kapitanı: Tovuzda heç kim bizdən bu hesabı gözləmirdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb VİDEO

Batumidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Lənkəranda Şəhidlər abidə kompleksi ziyarət olunub

Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

“Fənərbağça” braziliyalı futbolçu ilə anlaşdı, bu gecə İstanbula gəlir

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Xankəndi ağ örpəyə bürünüb

Nazir: Azərbaycan ABŞ-la qarşılıqlı hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Cənubi Koreya özünün “Dəmir günbəz”ini yaradır

Astanada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib

Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib VİDEO

Göyçayda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AFFA rəsmisi: Futbolumuzda inkişafa nail olmaq üçün böyük məsafə qət etməliyik

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

20 Yanvar şəhidlərinin xatirəsi Haaqada ehtiramla anılıb

İsveçdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Böyük Britaniyada ilk dəfə göz yuvasından şiş çıxarılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Naxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

20 Yanvar azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsidir

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Maqdeburqda fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

Daşkəsəndə Şəhidlər xiyabanı ziyarət olunub

Bakı Dövlət Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvar hadisələri zamanı şəhid olan sumqayıtlı alimlərin xatirəsi yad edilib

Gəncədə Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

FHN: Qəbələdə dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

İtaliyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib VİDEO

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

Türkiyənin Hələb Baş konsulluğu yenidən fəaliyyətə başlayıb