Xarkovda yaşan həmvətənlərimiz Qurban bayramını təntənəli şəkildə qeyd etmişlər
Kiyev, 29 oktyabr (AZƏRTAC). Xarkov məscidində Qurban bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir.
“Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərov məscidə toplaşan müsəlmanları bayram münasibətilə təbrik edərək, onlara cansağlığı, sülh və əmin-amanlıq arzulamışdır. O qeyd etmişdir ki, “Dostluq” cəmiyyətinin vəzifələrindən biri vilayətin ərazisində yaşayan azərbaycanlıları bir araya gətirməkdir.
Qafqaz Müsəlmanları İdarəsinin Xarkov vilayətindəki nümayəndəsi axund hacı Kamil Ələsgərov qurban kəsmişdir. Sonra “Dostluq” cəmiyyətinin idarə heyətinin üzvləri qurban kəsilmiş quzunun ətini “Harmoniya” uşaq evinin yetirmələrinə vermişlər.
Tədbirdə Xarkov Vilayət Dövlət Administrasiyasının Daxili siyasət və ictimaiyyətlə əlaqələr idarəsinin baş mütəxəssisi Y.Pançenko, Xarkov Vilayət Şurasının Vətəndaş birlikləri ilə iş üzrə şöbəsinin baş mütəxəssisi M.Radçenkova, “Nur Azərbaycan” dini icmasının nümayəndələri, Xarkovun ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, müsəlman xalqlarının nümayəndələri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]