“XƏCALƏT” DRAMI SƏHNƏLƏŞDİRİLİR
Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, iki hissəli publisistik dramın ideyası qaçqınların və məcburi köçkünlərin Bakı şəhərində məskunlaşmasından, onların paytaxtdakı həyat tərzindən, el-oba, vətən məhəbbətindən, doğma torpaq nisgilindən, sabaha böyük inamlarından və ata-baba yurdlarına dönmək uğrunda apardıqları mübarizədən ibarətdir. Tamaşanın quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı əməkdar incəsənət xadimi Siyavuş Kərimidir.
Əsas rolları xalq artistləri Kamal Xudaverdiyev, Yaşar Nuri, Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İskəndərova, Ələsgər Məmmədoğlu, Elxan Quliyev və başqaları oynayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]