XƏSTƏNİN MƏDƏSİNDƏN 5,5 KİLOQRAMLIQ “XƏZİNƏ” TAPILMIŞDIR
Xəstəni müayinədən keçirmiş həkimlər onun mədəsində tutqun nöqtələr müşahidə etdiklərinə görə dərhal cərrahiyyə əməliyyatına başlamışlar. Həkimlər neçə illik təcrübələrində ilk dəfə olaraq, çox nadir hadisə ilə qarşılaşmış, xəstənin mədəsində əsl “xəzinə” tapmışlar. Ümumi çəkisi 5,5 kiloqram olan bu “xəzinə”dən boyunbağılar, sancaqlar, üzüklər, qolbağılar və 617 avroluq 350 ədəd sikkə pul vahidi çıxarılmışdır.
Onun yaxın adamlarının dediklərinə görə, xəstə pul və qiymətli şeyləri udmağa həddindən artıq aludə olmuşdur.
Uzun müddət bu “xəzinə”ni mədəsində gəzdirmiş xəstənin daxili orqanları öz funksiyalarını itirdiyindən o, cərrahiyyə əməliyyatından sonra 12 gün yaşamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]