XƏSTƏXANA YENİDƏN QURULUR
Qəbələ rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin vəsaiti hesabına yenidənqurma işləri aparılır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, hazırda reanimasiya şöbəsində, laboratoriyalarda, müayinə kabinetlərində təmir işləri başa çatdırılmış, bütün bunlara 60 milyon manata yaxın vəsait xərclənmişdir. Xəstəxanaya gedən yolda, onun həyətində də abadlaşdırma, təmizlik aparılmış, 300-dən artıq ağac, gül kolu əkilmişdir.