XƏZƏR DƏNİZİ EHTİYATLARININ MÜHAFİZƏSİ ÜZRƏ ÇƏRÇİVƏ KONVENSİYASININ İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almatıda Xəzər dənizi ehtiyatlarının mühafizəsi üzrə Çərçivə Konvensiyasının iştirakçısı olan dövlətlərin görüşü keçirilmişdir.
Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan təmsilçilərinin iştirak etdiyi görüşdə 2003-cü ilin noyabrında Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən Tehranda imzalanmış bu sənədin həyata keçirilməsi mexanizmləri müzakirə olunmuşdur.
Bildirilmişdir ki, Xəzər dənizi regionunda təbii ehtiyatlardan istifadə üzərində nəzarəti gücləndirmək, sahilyanı ölkələrdə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən layihələrin həyata keçirilməsini tezləşdirmək zəruridir.