“Xəzər həftəsi” çərçivəsində növbəti ekoloji aksiya Xaçmaz rayonunda keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi “Beynəlxalq Dəniz günü” ilə əlaqədar Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağının bərk məişət tullantılarından təmizlənməsi məqsədilə ekoloji aksiya keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Xəzər həftəsi” çərçivəsində təşkil olunmuş iməcilikdə şöbənin işçiləri, rayonun Nabran və Müqtədir bələdiyyələrinin əməkdaşları, icra nümayəndələri və məktəblilər iştirak ediblər.
Aksiya zamanı sahil zolağı bərk məişət və digər tullantılardan təmizlənib. Daha sonra tullantılar nəqliyyat vasitəsilə müvafiq əraziyə daşınıb.
“Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda, ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]