“XƏZƏR NEFT-QAZ” BEYNƏLXALQ SƏRGİ-KONFRANSININ 10 İLLİYİ QEYD OLUNACAQDIR
Bu il iyunun 3-dən 6-dək Bakıda “Xəzər neft-qaz” Beynəlxalq sərgi- konfransının 10 illiyi təntənə ilə qeyd olunacaqdır. Böyük Britaniyanın “Spirhed Eksibişnz Ltd” şirkətinin və Azərbaycan Sənaye və Ticarət Palatasının təşəbbüsü ilə 1993-cü ildən müntəzəm keçirilən bu sərgi- konfransda dünyanın müxtəlif ölkələrinin aparıcı neft və qaz şirkətləri iştirak edirlər.
“Spirhed Eksibişnz Ltd” şirkətindən bildirmişlər ki, yubiley tədbirində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsinin üçüncü mərhələsi, “Şahdəniz” qaz yatağının istismarı və Azərbaycana qoyulan sərmayələr barədə ətraflı müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]
Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb
- 09.06.2026 [12:17]