Xəzər sahili ərazilərində reydlərə başlanılmışdır
Bakı, 4 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində reydlərə başlanılmışdır.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd çimərliklərdə ekoloji qanunvericiliyin tələblərinin gözlənilməsi, o cümlədən bərk məişət tullantılarının, çirkab suların idarə olunması vəziyyətinə nəzarəti gücləndirməkdir.
Reydlər zamanı məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları aşkar edilmişdir. Faktlarla bağlı ayrı-ayrı fiziki və hüquqi şəxslər barəsində ümumilikdə 41 akt və protokol tərtib olunmuşdur. Həmçinin yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərindəki ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilmişdir. Eyni zamanda, aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilmişdir.
Hazırda qanun pozucularının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı zəruri tədbirlər görülür.
Reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]