Xəzər Universitetində “MicroMaster” proqramı üzrə ingilis dilindən test imtahanı keçirilib
Bakı, 6 iyul, AZƏRTAC
Xəzər Universitetinin İqtisadiyyat və biznes yüksək təhsil fakültəsində ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat departamenti tərəfindən keçiriləcək “Data, iqtisadiyyat və inkişaf siyasəti” (Data, Economics and Development Policy -DEDP) “MicroMaster” proqramına tələbə seçimi çərçivəsində ingilis dilindən test imtahanı keçirilıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, imtahanda müraciətçilər arasından seçilmiş 110-dan çox tələbə iştirak edib. İmtahanın yüksək səviyyədə təşkilinə İngilis dili və ədəbiyyatı departamenti və İctimai əlaqələr və media üzrə direktorluq yaxından dəstək göstərib.
Növbəti test imtahanı iyulun 9-da riyaziyyat fənnindən keçiriləcək.
Hər iki imtahanın və sonda keçiriləcək müsahibənin nəticəsindən asılı olaraq, 20 tələbə “MikroMaster” proqramında iştirak etmək hüququ qazanacaq.
Oktyabr ayında onlayn formatda başlanacaq proqramdan öncə tələbələr üçün Xəzər Universitetində riyaziyyat və statistika fənlərindən 6 həftə ərzində hazırlıq dərsləri təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [17:19]
Bir arzu, bir hədəf, bir universitet
- 27.08.2026 [16:58]
Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar
- 27.08.2026 [16:45]
“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
- 27.08.2026 [16:43]
Elm və təhsil naziri vətəndaşların müraciətlərini dinləyəcək
- 27.08.2026 [15:55]
Nizami və Nəvai irsi yeni tədqiqatda
- 27.08.2026 [15:38]
Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir
- 27.08.2026 [15:19]