ELM VƏ TƏHSİL
Xəzər Universitetinin adı məşhur ABŞ teleserialında VİDEO

Bakı, 21 may, AZƏRTAC
ABŞ-ın ABC kanalının çəkdiyi məşhur “Alias” teleserialında Xəzər Universitetinin adı çəkilir. Səhnələrdən birində universitetin Neft və qaz geologiyası və geofizikası ixtisasından söhbət açılır və Azərbaycana gedən qəhrəmana bu ixtisas üzrə doktorantura proqramına qəbul olunması məsləhət görülür.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Hollivud filmlərində nadir hallarda universitetlərlə bağlı səhnələr yer alır, buna zərurət yarananda isə əsasən ABŞ-ın və dünyanın məşhur ali təhsil müəssisələrinin adı çəkilir. Bu baxımından Xəzər Universitetinin adının məşhur teleserialda qeyd olunması qürurverici haldır.
Xəzər Universiteti ABŞ-ın məşhur teleserialında Azərbaycanda ingilis dilində keyfiyyətli təhsil verən ali məktəb kimi təqdim edilir.
Qeyd edək ki, serialı, yayımlandığı dövrdə təkcə ABŞ-da 8 milyona yaxın insan izləyib.
Xəzər Universiteti ilə bağlı olan səhnə 1-ci bölüm, 19-cu seriyadadır və “Qar adam” adlanır.