Xəzər Universitetinin əməkdaşının məqaləsi Almaniyada çap olunub
Bakı, 20 iyun, AZƏRTAC
Xəzər Universitetinin siyasi elm və beynəlxalq münasibətlər departamentinin müəllimi və doktorantı Elsevər Məmmədovun məqaləsi Almaniyanın “Nomos” nəşriyyatı tərəfindən “Caucasus, the EU and Russia -Triangular Cooperation?” kitabında nəşr edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Şərq Tərəfdaşlığı” və digər proqramlar çərçivəsində Avropa İttifaqı (Aİ)-Azərbaycan əməkdaşlığı: Azərbaycanın xarici siyasət perspektivindən baxış” sərlövhəli məqaləsində E.Məmmədov Aİ ilə münasibətləri, xüsusilə Avropa Qonşuluq Siyasəti və “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı Azərbaycanın xarici siyasət prizmasından təhlil edib. Məqalədə Aİ ilə münasibətlər kontekstində Azərbaycanın xarici siyasət məqsədləri tədqiq olunub.