XƏZƏRDƏ EKOLOJİ RİSKLƏRİN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də “Avropa” mehmanxanasında Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu dövlət qurumları nümayəndələrinin, respublikada fəaliyyət göstərən müxtəlif şirkət və cəmiyyətlərin təmsilçilərinin iştirakı ilə “Xəzərdə ekoloji risklərin öyrənilməsi” mövzusunda tədbir keçirmişdir.
Cari il aprelin 21-də Meksika körfəzində qazma platformasında baş vermiş partlayışla bağlı təşkil olunmuş tədbirdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev və başqaları hadisə ilə əlaqədar fikirlərini söyləmişlər. Bildirmişlər ki, Azərbaycan dövləti, o cümlədən ARDNŞ, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, digər əlaqədar qurumlar Xəzər dənizinin ölkəmizə aid sektorunda belə ekoloji fəlakətlərin baş verməməsi üçün bütün imkanlardan istifadə edirlər. Ekoloji risklərin qarşısının alınması üçün bütün təşkilatlar səylərini gücləndirməli və birləsdirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]