Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: Azərbaycan Ermənistanın cinayətlərinə hüquqi qiymətin verilməsi üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edəcək

XİN: Azərbaycan Ermənistanın cinayətlərinə hüquqi qiymətin verilməsi üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edəcək

Bakı, 23 sentyabr, AZƏRTAC

Məlum olduğu kimi, ötən ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırıb. Məhkəmə Azərbaycanın verdiyi vəsatətlər əsasında 2021-ci ilin dekabrın 7-də Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul edib. Belə ki, məhkəmə Ermənistana Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi KİV-in 1965-ci il “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş yeni müraciətinə dair sorğusuna cavabında bildirilib.

Qeyd olunub ki, məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırılması ilə bağlı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlar olub.

Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam etmiş, ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməmiş, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdiriblər. Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar “Türksüz Ermənistan” olub.

Eyni zamanda, Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçməzdən öncə işğal dönəmində orada qanunsuz məskunlaşmış erməni əsilli şəxslər xalqımıza qarşı etnik nifrətlərini azərbaycanlılara məxsus olmuş evlərin yandırılması, meşələrin məhv edilməsi ilə nümayişkaranə şəkildə göstəriblər. Ermənistan hökuməti bu halların qarşısını almaq və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində bu günədək heç bir əməli tədbir görməyib.

Bundan əlavə, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunub. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir. Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə əngəlləməkdir.

Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilib.

Azərbaycan Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Frenk Lempard Çempionşip klubu ilə danışıqlar aparır

Qrenadanın Baş nazirinin ölkəmizə səfəri başlayıb

“Financial Times”: COP29-un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı

Tonqa Krallığının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdədir

Dünya birjalarında neftin qiyməti azalıb

Emin Əmrullayev: Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir

Hikmət Hacıyev: Konvensiyaya üzv demək olar bütün tərəflər qazıntı yanacaqları istifadəçisidir

Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana səfərə gəlib

QMİ sədri: Dünyada baş verən müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

12 noyabr - Konstitusiya Günüdür

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək

Təcili müdaxilə ilə ürək dayanması zamanı sağqalma şansı artırıla bilər - ARAŞDIRMA

Ruanda Prezidenti Azərbaycanda səfərdədir

Ukraynada Şuşa şəhərinin Ukrayna-Azərbaycan əlaqələrinin inkişafındakı roluna dair tədbir keçirilib

Moldovanın ətraf mühit naziri: COP29-dan əsas gözləntimiz maliyyə resurslarını səfərbər etmək üçün səylərin artırılmasıdır MÜSAHİBƏ

Çin Xalq Respublikasının Baş nazirinin müavininin Azərbaycana səfəri başlayıb

Maldiv Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

AZƏRTAC-ın əməkdaşı Gürcüstan televiziyasında COP29-un əhəmiyyəti barədə danışıb

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanda səfərdədir

XİN: Britaniya COP29-da iddialı iqlim hədəfləri üçün səy göstərəcək

Hər on isveçlidən altısı hökumətin iqlim siyasətini tənqid edir SORĞU

Sudanın Suverenlik Şurasının sədrinin Azərbaycana səfəri başlayıb

Oryol şəhərində “Turgenevlə Şərqə qeyri-adi səyahət” adlı fotosərgi açılıb

Serbiyanın “RTS” kanalı COP29-un ilk gününü geniş işıqlandırıb

Britaniyanın enerji naziri: İqlim dəyişikliyi ilə mübarizə milli təhlükəsizlik məsələsidir

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Azərbaycana səfərə gəlib

Küveyt Dövlətinin Vəliəhdi Azərbaycana səfərə gəlib

Polşanın Prezidentinin Azərbaycana səfəri başlayıb

Mavritaniya İslam Respublikasının Prezidenti Azərbaycanda səfərdədir

Moldova Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

Avropa Şurası Baş katibinin Azərbaycana səfəri başlayıb

Portuqaliya millisinin sabiq hücumçusu İran klubundan ayrılıb

COP29-un açılış günündə dayanıqlılıq mövzusunda tədbir keçirilib

İspaniya Krallığı Hökumətinin sədri Azərbaycanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycanda səfərdədir

Danimarkanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

Pakistanın Baş naziri Azərbaycanda səfərdədir

Misirin Baş naziri iqlim sammitində iştirak etmək üçün Azərbaycanda səfərdədir

Keniyanın Baş naziri: "ASAN xidmət" təcrübəsinin Keniyaya ixracı ilə bağlı Anlaşma Memorandumunun imzalanması işlərinə başlaya bilərik

Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib

Kipr Respublikası Prezidentinin Azərbaycana səfəri başlayıb

Birləşmiş Krallığın Baş naziri Azərbaycana səfərə gəlib

Efiopiya Prezidenti: "ASAN xidmət"in fəaliyyətindən öyrənilməli çox məsələ var

Almaniya XİN: Federal hökumət COP29-da iqlim maliyyələşməsi ilə bağlı yeni yanaşmanın formalaşdırılması üçün çalışacaq

Şimali Makedoniyanın Prezidenti Heydər Əliyev Mərkəzində olub

Özbəkistan Prezidenti iqlim sammitində iştirak etmək üçün Azərbaycana gəlib

Esvatininin Baş naziri Azərbaycanda səfərdədir

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri başlayıb

Qırğız Respublikasının Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib

Liberiyanın vitse-prezidenti Azərbaycana səfərə gəlib

Baş nazir UNICEF-in icraçı direktoru ilə görüşüb

Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-da iştirak edəcək

Zəfər günü Estoniyada qeyd olunub

BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans təşkil edib

Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib

Avropa Liqası: “Beşiktaş” – “Makkabi” oyunu Macarıstanda keçiriləcək

San-Tome və Prinsipi Demokratik Respublikası ilə iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

Bosniya və Herseqovinanın birinci xanımı: Azərbaycana və Ədəbiyyat Muzeyinə yenidən qayıtmaq istərdim

Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə olunub

Toqo Respublikasının Prezidenti Azərbaycanda səfərdədir

Aleksandar Vuçiç: Serbiyada Azərbaycanla birgə qaz elektrik stansiyası tikmək niyyətindəyik

Baş nazir Əli Əsədov Butanın Baş naziri ilə görüşüb

COP29 çərçivəsində “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi keçiriləcək

FIFA-nın prezidenti COP29-da iştirak edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Gürcüstanın informasiya portallarında COP29 barədə silsilə materiallar dərc edilib

BAMF-in prezidenti: Qlobal iqlim böhranının qarşısının alınmasında QHT-lərin rolu vacibdir VİDEO

Dövlət və hökumət başçıları “ASAN xidmət” ilə tanış olublar

Baş direktor: Azərbaycan yaşıl enerji zonalarının inkişafı istiqamətində unikal imkan qarşısındadır – MÜSAHİBƏ

Britaniyanın gənclərdən ibarət nümayəndə heyətinin üzvü COP29 çərçivəsində təqdimatla çıxış edib

İordaniya Krallığının vəliəhdi Azərbaycana səfərə gəlib

® “Azercell” və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

Dünya Bankının prezidenti Azərbaycana səfərə gəlib YENİLƏNİB

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri COP29-da iştirak edəcək

Macarıstanın Baş naziri Azərbaycanda səfərdədir

AYİB nümayəndəsi: COP29-un əsas vəzifəsi iqlim maliyyələşməsi üçün çərçivənin razılaşdırılmasıdır

“The European House - Ambrosetti” şirkətinin ortaq tərəfdaşı Azərbaycana səfərə gəlib YENİLƏNİB

Braziliya vitse-prezidentinin Azərbaycana səfəri başlayıb

Energetika naziri Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə görüşlər keçirib

İraq Kürdüstan Regionunun Başçısı Azərbaycanda səfərdədir

bp şirkətinin baş icraçı direktoru Azərbaycana səfərə gəlib

COP29 çərçivəsində “Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

“Extreme Hangout” Bakıda COP29 çərçivəsində musiqili proqram təşkil edib

Aleksandr Pavloviç: Azərbaycan iqlim təşəbbüslərinə rəhbərlik etmək üçün mühüm rol oynayacaq

Efiopiya Prezidenti: Əminəm ki, Azərbaycanda keçirilən COP29-un qlobal iqlim təhlükəsizliyini təmin etmək baxımından çox mühüm nəticələri olacaq

Ramil İsgəndərli: COP29-da QHT-lər üçün geniş platforma yaradılıb VİDEO

Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb YENİLƏNİB VİDEO

Con Podesta: COP Sədrliyi ilə müxtəlif mövzular ətrafında fəal şəkildə işləmişik VİDEO

Almaniya klubu baş məşqçi ilə yollarını ayırıb

® COP29 Mavi Zonada çay təminatçı "Azerçay"dır

Prezident İlham Əliyev Belarus Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Leyla Əliyeva Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi layihəsinin təqdimatında iştirak edib

Liberiyalı nümayəndə: Ümid edirik ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti ayrılar

Albaniyanın Baş naziri iqlim sammitində iştirak məqsədilə Azərbaycana gəlib

COP29 çərçivəsində seminar: Donald Trampın qələbəsinin iqlim siyasəti üçün nəticələri

Azərbaycan millisinin sabiq futbolçusu “Səbail”in baş məşqçisi təyin olunub - RƏSMİ

Bolqarıstan Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib