XİN: Revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürləri beynəlxalq səviyyədə pislənməlidir
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 23-də Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə aprelin 14-də Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan Bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Bəyanatda qeyd edilib: “Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir.
Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:05]