Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədi ilə ilkin olaraq üç milyon manat ayrılmışdır
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq üç milyon manatı Xızı Rayon İcra Hakimiyyətinə ayrılmışdır.