X.M.HASİLOVANIN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Tanınmış Azərbaycan yazıçısı Xalidə Məmməd qızı Hasilovanın xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Xalidə Məmməd qızı Hasilovanın Fəxri xiyabanda qəbirüstü abidəsinin tikilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2005-ci il.