Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı dəhşəti - bir gecənin qanla yazılmış tarixi

“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 fevral (AZƏRTAC). Azərbaycan xalqı son iki yüz ildə davamlı olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından, doğma yurdlarından didərgin salınaraq qaçqına, məcburi köçkünə çevrilmişdir.

Dünya tarixində bənzəri çox az olan Xocalı soyqırımını da erməni vandalizminin daha bir nümunəsi hesab etmək olar.

Xocalı soyqırımını törətməkdə erməni işğalçılarının məqsədi nə idi? Niyə məhz Xocalı hədəfə alınmışdı? Bu suallara cavab axtararkən hər şeydən əvvəl Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalının Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqe, həm də yağı düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə olmasına diqqət yetirmək lazımdır.

Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı quldur birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa çalışırdılar. Ermənilərin digər məqsədləri isə, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu.

Erməniləri narahat edən məsələlərdən biri də Xocalının strateji mövqedə - separatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi, Qarabağdakı yeganə aeroportun da burada olması idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərinin yuxularını ərşə çəkmişdi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.

Əslində Xocalının işğalı 1991-ci ilin oktyabrından, erməni quldur birləşmələrinin şəhəri mühasirəyə almasından başlayır. Həmin vaxtdan etibarən bütün avtomobil yolları bağlanmış, cığır, keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziyə yalnız havadan daxil olmaq mümkün idi ki, bu da böyük risk tələb edirdi. İşğal ərəfəsində Şuşa səmasında sərnişin vertolyotunun vurulması 40 nəfər azərbaycanlının həyatına və Xocalı sakinlərinin ümidlərinə son qoydu. Şəhərə son dəfə vertolyot yanvarın 28-də enmiş və bundan sonra Xocalı ilə hava əlaqəsi də kəsilmişdi.

Faciənin baş verməsindən xeyli əvvəl artıq şəhərdə humanitar vəziyyət gərginləşmişdi. Yanvarın 2-dən etibarən isə şəhərə elektrik enerjisinin verilişi dayandırılmışdı. Ciddi ərzaq və dava-dərman çatışmazlığı yaranmasına baxmayaraq, Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər. Əksinə, əli silah tutan hər bir Xocalı sakini ata-baba yurdunun müdafiəsinə qalxmışdı. Şəhəri erməni quldurlarından avtomat və ov tüfəngləri ilə silahlanmış yerli sakinlər, milis qüvvələri qoruyurdular. 1992-ci il fevralın 25-də gecə saat 23-də ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ən müasir döyüş silahlarının və canlı qüvvələrinin köməyi ilə qəflətən şəhərə güclü hücuma keçdi. Əvvəlcə şəhər top atəşinə tutuldu.

Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahlarla döyüşən xocalılılar təpədən dırnağadək silahlanmış orduya qarşı tab gətirə bilmədilər. Qarlı-şaxtalı qış gecəsində ölümsaçan güllələrin altında qalan şəhərin yaşayış evləri dağıdılaraq yandırıldı. O müdhiş gecədə dinc əhaliyə aman verməyən yağı düşmənin toplardan, tanklardan, pulemyotlardan, avtomatlardan, artilleriya silahlarından açdığı aramsız atəşlər nəticəsində Xocalının küçələri qan selinə dönmüşdü. Şəhəri tərk etmək məcburiyyətində qalan təqribən 2500 nəfər köməksiz xocalılı Əsgəran rayonunun Naxçıvani kəndi yaxınlığında türk-azərbaycanlı qanına susamış silahlı erməni quldurları ilə üz-üzə gəldilər. Nəticədə o müdhiş gecədə uşaqlar, qadınlar, qocalar, əlillər öz doğma torpaqlarında erməni vandalları tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildilər.

Bir gecənin içində yer üzündən silinən şəhəri tərk edən Xocalı sakinlərindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. O müdhiş gecədə 1275 sakin əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan dəymişdir.

Soyqırımı faktı Xocalı şəhərində 105 sosial-məişət obyektinin dağıdılmasına səbəb olmuşdur. Şəhərdə 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. XIV-XV əsrə aid türbələr, kümbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmış, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinmişdir.

Bütün bu faktlar Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, istər 1992-ci ilin fevralında, istərsə də hadisədən sonrakı günlərdə Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi jurnalist gəlmişdir. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhşətə gəlirdilər. Həmin günlərdə dünyanın məşhur qəzet və jurnallarında xarici jurnalistlərin Xocalı soyqırımı haqqında məlumatları dərc olunurdu. Bu müdhiş günlərdə xarici KİV-lərdə yer alan informasiyalar bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı dəhşətlərini tam dolğunluğu ilə əks etdirməsə də, hər halda, dünya ictimaiyyətində faciənin miqyası haqqında müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətli idi. Gəlin həmin günlərdə xarici qəzet-jurnal səhifələrində yer almış xəbərlərə bir daha nəzər salaq:

“Krua l'Eveneman” jurnalı (Paris), 26 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər”.

“Sunday Times” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.

“Financial Times” qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”.

“Times” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir”.

“Valeur actuelle” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən gəlmişlərlə birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər”.

“Washington post” qəzeti, 2 mart 1992-ci il: “Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, adamlar qaçarkən onlara atəş açmışdılar. Ağdama qayıdan zaman mülki vertolyota yığılan cəsədlərə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu”.

Hadisə yerində olan İngiltərənin “Funt man news” teleşirkətinin müxbiri R. Patrik bildirmişdir ki, Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Göründüyü kimi, soyqırımın baş verdiyi və ondan sonrakı günlərdə xarici mətbuatda yüzlərlə bu kimi məlumatlar yayımlansa da, dünya dövlətləri bu dəhşətli hadisə haqqında məlumatlı olsalar da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər bu dövlətlər tərəfindən indiyədək soyqırımı kimi tanınmamışdır.

Təkzibolunmaz faktlar və dəlillər artıq çoxdan sübut etmişdir ki, 19 il bundan əvvəl Xocalıda baş verənlər təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bu baxımdan Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması və cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunması həyata keçirilməli olan ən vacib məsələlərdən biridir. Təəssüf ki, o müdhiş günlərdə BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın o vaxtkı səriştəsiz və əfəl, xalqın qanı bahasına hakimiyyətini qoruyub saxlamaq niyyətli rəhbərliyinin bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla Xocalıda baş verən faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər həyata keçirməməsi də erməni dəyirmanına su tökmüş oldu. Halbuki beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində də qeyd olunur ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin məhz soyqırımı adlandırılmasına tamamilə imkan yaradırdı. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, soyqırımın beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımında insan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə Konvensiyasının, BMT Baş Məclisinin 1948 -ci il dekabrın 10-da elan olunan İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin, “İnsan Hüquqlarının Ümumi və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktının maddələri ermənilər tərəfindən kobud şəkildə pozulmuşdur.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər dəlil-sübutların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.

Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son 18 ildə Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytı yaradılmışdır.

Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Milli Məclisin 2002-ci il 26 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı”nda isə bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.

Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq müxtəlif dillərdə “Qarabağ həqiqətləri” toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir. Daha sonra “Qarabağ həqiqətləri” oxuculara alman və macar dillərində təqdim olunmuşdur. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılmış, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilmişdir.

İnformasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyasıdır. Kampaniyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsini və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

Bu gün Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində çox işlər görülür. Lakin unutmamalıyıq ki, Xocalıda həlak olan həmvətənlərimizin xatirəsinə ən böyük ehtiram bu soyqırımını törədənlərin layiqli cəzalarını alması olardı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İlahə Quliyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert