Xocalı faciəsi bəşəriyyətə qarşı tarixi cinayət hadisəsidir
Bakı, 26 fevral, AZƏRTAC
SOCAR-ın əmək kollektivlərinin nümayəndələri fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət etmiş, abidənin önünə çiçək dəstələri düzmüş, soyqırımı qurbanlarının ruhu qarşısında baş əymişlər.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin idarə və müəssisələrində də anım tədbirlərinin keçirilməsi davam edir. Xocalı faciəsi SOCAR-ın İnsan Resursları Departamentinin (İRD) kollektivi tərəfindən də yad edilib. İdarədə keçirilmiş mərasimdə İRD-nin rəisi Asif Bəkirli Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu deyib. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən qətliam insanlığa sığmayan vəhşilikdir.
Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə gördüyü tədbirlərdən bəhs edərək, Ulu Öndərin “Xocalı faciəsi bəşəriyyətə qarşı tarixi cinayət hadisəsidir,” fikrini xatırlatmışlar.
Vurğulanıb ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri tərəfindən Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq qiymət verilib. Bununla bağlı mütəmadi olaraq Azərbaycan dövləti, Heydər Əliyev Fondu və diaspora təşkilatları tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində tədbirlər keçirilir, soyqırımı dəhşətləri beynəlxalq ictimaiyyətə çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]