XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Bakıdakı 35 saylı musiqi məktəbində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş “Xocalı fəryadı” adlı musiqili ədəbi-bədii kompozisiya göstərilmişdir.
Xocalı şəhər 2 saylı musiqi məktəbi ilə birgə keçirilən tədbiri 35 saylı musiqi məktəbinin direktoru Yusif Vəliyev açaraq XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı, erməni cəlladlarının şəhər sakinlərinə qarşı törətdikləri görünməmiş vəhşiliklər haqqında danışmışdır. Əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni siyasətbazlarının ifşa olunması sahəsində görülən işlərdən söz açan direktor qəsb olunmuş torpaqlarımızın hər qarışının tezliklə geri qaytarılacağına ümidini ifadə etmişdir.
Xocalı şəhər 2 saylı musiqi məktəbinin şagirdləri Qarabağa, Xocalıya həsr olunmuş şeirlər söyləmiş, xor kollektivi “Qarabağda” adlı musiqi kompozisiyasını ifa etmişdir.
Tədbir 35 saylı musiqi məktəbi şagirdlərinin ifasında klassik əsərlərlə davam etmişdir.
Sonda Xocalının gənc musiqiçilərinə hədiyyələr təqdim edilmiş, onlara ruhdan düşməmək, sabaha inamla baxmaq tövsiyə olunmuşdur.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Xocalı şəhər mədəniyyət və turizm şöbəsinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]