XOCALI FACİƏSİ UNUDULMUR
Rayon icra hakimiyyətində Xocalı faciəsi qurbanlarının ailə üzvləri və əlillərin iştirakı ilə anma mərasimi keçiriləcək və onlara maddi yardım ediləcəkdir. Fevralın 25-də rayon səviyyəsində dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdur.
Tədris ocaqlarında ”Xocalı faciəsi Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin davamıdır” mövzusunda inşa yazı müsabiqəsi, görüşlər, ədəbi-bədii gecələr keçiriləcək, stend və guşələr yaradılacaqdır.
Mədəniyyət saraylarında rəsm və foto sərgiləri təşkil olunacaq, mövzu ilə bağlı sənədli filmlər göstəriləcəkdir. Məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunacaq, ehsanlar veriləcəkdir.
Fevralın 26-da rayon ictimaiyyəti nümayəndələrinin Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəyə və Şəhidlər xiyabanına ziyarətini təşkil edəcəkdir.