XOCALI FACİƏSİ YAD EDİLƏCƏKDİR
RİH-də Xocalı əlillərinin və soyqırımı qurbanlarının ailə üzvlərinin iştirakı ilə anma mərasimi keçiriləcək və onlara maddi yardım ediləcəkdir. İctimaiyyətin nümayəndələri və ziyalılar rayonun ərazisində məskunlaşmış qaçqınların və məcburi köçkünlərin sıx yaşadıqları yerlərdə olacaq, onların problemlərinin həllində yaxından iştirak edəcəklər.
Fevralın 20-dən başlayaraq, tədris müəssisələrində, idarə və təşkilatlarda Xocalı qırğınına həsr olunmuş anma mərasimləri, mühazirələr keçiriləcək, mərkəzi kitabxanada və onun filiallarında faciəni əks etdirən fotostendlər təşkil ediləcək, “Təbriz” kinoteatrında sənədli və bədii filmlər göstəriləcəkdir.
Fevralın 25-də rayonun bütün tədris ocaqlarında soyqırımının ildönümünə həsr olunacaq xüsusi dərslərdə faciənin mahiyyəti, onun səbəbləri barədə söhbətlər aparılacaqdır.
Fevralın 26-da ictimaiyyət nümayəndələrinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı harayı” abidəsinə və Şəhidlər xiyabanına ziyarəti təşkil olunacaq, həmin gün saat 17:00-da günahsız qurbanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]