XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (İDTMQİ) Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə “Günay” Uşaq Teatrının kollektivi və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri tərəfindən “Xocalı” tamaşası nümayiş etdirilmişdir.
İDTMQİ-nin ekskursiya və kütləvi tədbirlər üzrə direktor müavini Təranə Balayeva, BDU-nin kafedra müdiri, professor Nuru Məmmədov və başqaları bədnam qonşularımız tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX yüzilliyin ən dəhşətli soyqırımlarından birinin törədilməsi, həmin günün yaddaşlarda Xocalı soyqırımı kimi qalmasından danışmışlar.
“Xocalı” poemasının müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Zərəngiz Qayalı bildirmişdir ki, əsəri qələmə almaqda məqsədi ermənilərin vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda bu dəhşətləri lentə alıb bu gunümüzə çatdıran Çingiz Mustafayevin xatirəsini əbədi yaşatmaq olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə göstərilən tamaşanın quruluşçu rejissoru Larisa Tarusova, bədii tərtibatçısı Günəş Talıblı, məsləhətçisi Aygün Zamanlıdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]