Xocalı faciəsini dünyaya tanıdaq
Bakı, 26 fevral, Z.Mansurova, AZƏRTAC
Fevralın 26-da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində “Xocalını faciəsini dünyaya tanıdaq!” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 14 nömrəli Kəlbəcər rayon orta məktəbində faciənin 23-cü ildönümünə həsr olunmuş tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımını insanlığa qarşı törədilmiş cinayət aktı kimi pisləyib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini bildiriblər.
Vurğulanıb ki, “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Tədbirdə faciənin əks olunduğu videogörüntü nümayiş etdirilib.
Sonda məktəblilərin ifasında Xocalı faciəsinə həsr edilən “Xocalını faciəsini dünyaya tanıdaq!” mövzusunda kompozisiya nümayiş etdirilib.