Xocalı polisi mal-qara oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb
Gəncə, 8 aprel, AZƏRTAC
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Goranboy rayonunun Meşəli kənd sakinlərinə məxsus mal-qara və atları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini Arzu Məhərrəmov Xocalı rayon sakini İlkin Abışov ilə birlikdə ümumilikdə 18 şəxsə məxsus 15 baş mal-qaranı və 22 atı müxtəlif vaxtlarda kənd ərazisindən oğurlayaraq respublikanın digər rayonlarına apararaq satıb. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 10 vətəndaşa dəymiş ziyan ödətdirilib.
Şübhəli şəxslərin digər anoloji cinayətlər törətməsi istisna olunmadığından zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:07]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:01]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [17:36]
Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]