Xocalı polisi şəhid ailələrinə bayram sovqatı paylayıb
Bakı, 16 mart, AZƏRTAC
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə qarşıdan gələn Novruz bayramı münasibətilə sovqatlar paylayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbənin əməkdaşları həmin ailələri ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar.
Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polis əməkdaşları Novruz bayramı münasibətilə onları təbrik ediblər.