Xocalı soyqırımı Azərbaycan xalqının tarixinə qanla yazılan səhifədir
Bakı, 26 fevral, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nizami Kino Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimə Bakı, eləcə də Cəbrayıl, Laçın, Şuşa, Zəngilan rayonlarından olan çağırışaqədərki hazırlıq rəhbərləri və məktəblilər qatılıblar.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev mərasimi açaraq Xocalı soyqırımının Azərbaycan xalqının tarixində qanla yazılan səhifə olduğunu vurğulayıb. O, qəddarlıqla qətlə yetirilən 613 Xocalı sakininin arasında 63 uşağın olduğunu qeyd edərək bildirib ki, bu faktlar hər bir gəncin yaddaşına həkk edilməlidir. Sizlər Vətənin müdafiəsinə qalxanda da ilk növbədə bu hadisələri göz önünə gətirməlisiniz. Günahsız uşaqların, hər bir şəhidin qanını yerdə qoymamaq bizim əsas tapşırığımızdır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə biz hərbçilər işğal altında olan torpaqlarımızı düşmənlərimizdən azad edəcəyik.
Zaur Abdullayev Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıtdırılması istiqamətində gördüyü işlərdən də söz açaraq deyib: “Bu tədbirlər təkcə fevralın 26-da həyata keçirilmir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası davamlı olaraq aparılır. Siz gənclər təbliğat işlərinə daha fəal qoşulmalı, haqq səsimizi dünyaya çatdırmalısınız”.
Anım mərasimi “Xoca” filminin nümayişi ilə davam etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]