XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ QAHİRƏDƏ YAD EDİLƏCƏKDİR
Bakı, 19 fevral (AZƏRTAC). Qahirədə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin və Ayn Şəms Universiteti Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 24-də Xocalı faciəsinin ildönümü və “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı soyqırımı və dövlət terrorunun günahlandırılması” mövzusunda elmi simpozium keçiriləcəkdir.
Sipoziumda iştirakçılara “Xocalıya ədalət” beynəlxalq kampaniyasının yeni petisiyası təqdim ediləcək, kütləvi imzatoplama aksiyası təşkil olunacaqdır.
Tədbirin sonunda faciə ilə bağlı kitab, disk, bröşürlər təqdim ediləcək, soyqırımı qurbanlarının fotoşəkillərindən ibarət sərgi açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]