XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ UKRAYNADA VƏ BELARUSDA DA ANILACAQDIR
AZƏRTAC xəbər verir ki, fevralın 26-da Ukrayna Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar Ermənistanın bu ölkədəki səfirliyinin, eləcə də ATƏT-in Ukraynadakı nümayəndəliyinin önündə piket keçiriləcək, Xocalı soyqırımı ilə bağlı qətnamə səsləndiriləcəkdir.
Aksiyada Ukraynanın digər şəhərlərindən gəlmiş soydaşlarımız da iştirak edəcəklər. Həmin gün Kiyev şəhərində Xocalı soyqırımının 16-cı ildönümünə həsr edilmiş “dəyirmi masa” təşkil olunacaqdır.
Bundan başqa, Ukraynanın Xarkov, Donetsk, Dnepropetrovsk və digər şəhərlərində faciənin ildönümü ilə əlaqədar dəyirmi masalar və anma mərasimləri keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi Belarusda da anılacaqdır. Fevralın 26-da Minsk şəhərində Azərbaycanın Belarusdakı səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə “Juravlinka” Kompleksində Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar anma mərasimi, “dəyirmi masa” keçiriləcək, Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]