Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindəndir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə institutun direktoru, professor Validə Əlizadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərində törətdikləri dəhşətli soyqırımı haqqında geniş məlumat vermişdir. Ötən əsrin bu ən qəddar kütləvi və amansız qırğın aktının erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı yürütdükləri etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olduğu bildirilmişdir.
V.Əlizadə vurğulamışdır ki, ilk dəfə dövlət səviyyəsində bu soyqırımına siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir.
İnstitutun bitki ehtiyatları şöbəsinin müdiri E.Novruzov, geobotanika şöbəsinin müdiri V.Xəlilov, institutun əməkdaşları M.Qasımov, X.Xəlilova və başqaları Xocalıda törədilən soyqırımına hələ də dünya tərəfindən lazımı qiymətin verilmədiyini söyləmişlər. Ermənilərin yürütdükləri terror siyasətinə cavab olaraq həqiqətlərin dünyaya çatdırılmasında genişmiqyaslı işlərin görülməsinin vacibliyi vurğulanmışdır.
Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən videosüjet nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]