Xocalı soyqırımı xalqımızın sağalmayan yarasıdır
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımı xalqımızın sağalmayan yarasıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc əhalisi amansızlıqla qətlə yetirilib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı şəhəri 73 nömrəli məktəbin 9-cu sinif şagirdi Həzrətəli Məmmədov deyib. O bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə qara hərflərlə yazılıb.
“Bizim evimizdə Xocalı soyqırımı həmişə xatırlanır. O qanlı gecədə mənim iki dayım və digər qohumlarım qətlə yetiriliblər. Mən o gecə Xocalıda baş verənləri anamdan dinləmişəm. Anam o gecənin dəhşətlərini öz gözləri ilə görüb. Biz Xocalı soyqırımını ilin bir günü deyil, hər gün xatırlamalıyıq ki, xalqımızın yaşadıqları bu dəhşətləri gələcək nəsillərə də çatdıraq. Bu bizim Vətən qarşısında borcumuzdur”, - deyə Həzrətəli Məmmədov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:40]
Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]