XOCALI SOYQIRIMI XX ƏSRİN ƏN BÖYÜK FACİƏSİDİR
Bakı, 23 fevral (AZƏRTAC). Ombudsman Aparatının təşkilatçılığı ilə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Ombudsman Elmira Süleymanova çıxış edərək erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlardan, terror aksiyalarından danışmış, Qafqazda öz tarixi ərazilərində etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, öz torpaqlarından deportasiya olunduğunu diqqətə çatdırmışdır. Müvəkkil Xocalı faciəsinin XX əsrin ən böyük soyqırımı aktlarından biri olduğunu söyləmişdir.
Milli Məclisin deputatı Elman Məmmədov Xocalının tarixi, mədəni abidələri barədə məlumat vermiş, erməni silahlı birləşmələrinin Xocalıya hücumu zamanı, bu şəhəri qoruyan döyüşçülərin hünərindən, qəhrəmanlıqlarından danışmışdır. O, soyqırımı aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, insanların misli görünməmiş vəhşiliklə qətlə yetirildiyini, əsir və girovlara amansız işgəncələr verildiyini vurğulamışdır.
Anma mərasimində məktəbin yetirmələri Xocalı faciəsi mövzusunda səhnəciklər göstərmiş, şeirlər söyləmişlər.
İştirakçılar uşaqların faciəyə həsr etdikləri rəsm sərgisinə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]