XOCALI SOYQIRIMININ 16-CI ILDÖNÜMÜ İLƏ BAĞLI ALMANİYANIN BİR NEÇƏ TELEVİZİYASINDA VERİLİŞLƏR YAYIMLANACAQDIR
AZƏRTAC xəbər verir ki, Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə bu ölkədə yayımlanan bir neçə televiziya kanalında Xocalı faciəsinə həsr olunmuş verilişlər göstəriləcəkdir. Məqsəd Xocalı faciəsinə aid həqiqətləri Avropa ictimaiyyətinə çatdırmaqdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev fevralın 24-də Berlində “TQRT”, fevralın 26-da Düseldorfda “KANAL Avropa”, fevralın 27-də isə Frankfurtda “KANAL 7” televiziyalarında çıxış edəcək, Ermənistanın Azərbaycana hərbi təcavüzü və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmaları barədə məlumat verəcəkdir.
TQRT-də Xocalı soyqırımı ilə bağlı Azərbaycanda istehsal olunmuş “Dua” sənədli filmi də nümayiş etdiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bundan başqa, Azərbaycanın Almaniyadakı səfirliyinin və Türkiyənin İğdır bələdiyyəsinin təşəbbüsü ilə Berlin, Maynts, Köln, Frankfurt, Düseldorf, Koblents şəhərlərində anma mərasimləri keçiriləcəkdir. Bu tədbirlər türk diaspor təşkilatlarının fəal iştirakı ilə təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]