Xocalıda törədilən vəhşiliklər heç vaxt yaddaşlardan silinməyəcək
Sumqayıt, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Sumqayıtdakı Tarixi Muzeyində Xocalı şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə şəhər icra hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov Xocalı soyqırımını əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri qətliamların ən dəhşətlisi adlandırıb. Bildirilib ki, yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciənin əsl mahiyyətinin, ermənilərin iç üzünün, məkrli niyyətlərinin dünya ictimaiyyətinə çatdırılması, hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldı.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun ölkəmizin diplomatik nümayəndələri ilə birlikdə həyata keçirdiyi silsilə tədbirlər, aparılan təşviqat-təbliğat kampaniyası nəticəsində dünyanın bəzi ölkələrində Xocalı faciəsi soyqırımı kimi tanınıb.
Faciə barədə təəssüratlarını bölüşən Xocalı sakinləri bildiriblər ki, erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlər, həmçinin Xocalıda törətdikləri vəhşiliklər heç vaxt yaddaşlardan silinməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]