“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Beyləqanda 613 ağac əkilib
Beyləqan, 26 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Beyləqan rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Beyləqan-Daşburun avtomobil yolunun kənarında 613 ədəd ağac əkilib. Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.