Xocavənd rayonunda düşmən tərəfindən minalanmış ərazidə baş verən yanğın söndürülüb VİDEO
Bakı, 24 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin iki helikopteri dərhal yanğının söndürülməsi işlərinə cəlb edilib.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının sıx meşəlik sahəyə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.