Xocavənd rayonunun Cilən kəndi
Bakı, 29 sentyabr, AZƏRTAC
Xocavənd rayonunun Cilən kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kənd 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Cilən kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Cilən kəndinin görüntülərini təqdim edir.