Xocavənd rayonunun Düdükçü kəndi
Bakı, 3 noyabr, AZƏRTAC
Xocavənd rayonunun Düdükçü kəndi Edilli kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Düdükçü kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu oktyabrın 15-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Düdükçü kəndinin görüntülərini təqdim edir.