Xocavənd rayonunun ərazisində xidməti postlar qurulub
Xocavənd, 17 dekabr, AZƏRTAC
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilən ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, Xocavənd rayonunun ərazisində rayon polis şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.
Rayonun ərazisində xidməti postlar qurulub və təhlükəsizliyə tam olaraq nəzarət edilir.