Xocavənd rayonunun Məmməddərə kəndi
Bakı, 10 noyabr, AZƏRTAC
Xocavənd rayonunun Məmməddərə kəndi Qarabağ silsiləsində yerləşir.
Kənd 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Məmməddərə kəndində 1147-ci ilə aid Alban məbədi olub. Kənd işğal dövründə erməni vandalizminə məruz qalıb.
Məmməddərə kəndi 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Məmməddərə kəndinin görüntülərini təqdim edir.