Xocavənddə silah-sursat aşkarlanıb
Xocavənd, 1 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkarlanması məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 12 ədəd avtomat, 1 ədəd qumbaraatan və 1 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.