Xorvatiyalı qadın idmançı sərbəst hərəkətlərdə qızıl medala yiyələnib
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci günündə qadınlar arasında sərbəst hərəkətlər üzrə yarışda xorvatiyalı idmançı bütün rəqiblərini qabaqlayıb.
AZƏRTAC xəbər verir ki, Ana Derek 13,533 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya kubokunun gümüş medalına yunanıstanlı İoanna Xoulogi (12,733 xal) sahib olub. Türkiyə gimnastı Demet Mutlu (12,566 xal) isə üçüncü yerə çıxıb.
Qeyd edək ki, sərbəst hərəkətlərdə ölkəmizi təmsil edən Yuliya İnşina türkiyəli gimnastla eyni xalı toplasa da, hakimlərin qərarına əsasən dördüncü pillədə yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]