Xorvatiyalı üzgüçü Franko Qrqiç “EYOF Bakı 2019”da ikinci qızıl medalını qazanıb
Bakı, 23 iyul, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarında mübarizə aparan xorvatiyalı Franko Qrqiç ikinci qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, kişilər arasında 1500 metr məsafəyə sərbəst üzmə yarışında 15 dəqiqə 4,75 saniyə nəticə göstərən idmançı növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Macarıstanlı David Betlehem (15 dəqiqə 15,60 saniyə) ikinci, almaniyalı Silas Bet (15 dəqiqə 20,58 saniyə) isə üçüncü yeri tutublar.
Xatırladaq ki, Franko Qrqiç iyulun 22-də kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da qızıl medal qazanıb.