XRİTDX-nin əməkdaşları KART həllindən yeni yayınma metodu aşkarlayıblar
Bakı, 13 yanvar, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin Zərərvericilərin Tədqiqi Laboratoriyasının (MRLab) əməkdaşları məşhur anti-virus provayderi “Kaspersky” şirkətinin KART (Kaspersky Anti-Ransomware Tool) anti-ransomware həllindən yeni yayınma (bypass) metodu aşkarlayıblar.
Bu barədə AZƏRTAC-a XRİTDX-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumat üçün qeyd etmək lazımdır ki, laborator yoxlamalar zamanı anti-ransomware həlli kimi KART seçilsə də, tətbiq edilən çoxprosesli şifrləmə metodu ilə digər təhlükəsizlik proqram təminatlarından da yayınmaq imkanları olduqca yüksəkdir.
XRİTDX tərəfindən aparılan yayınma testlərinin nəticələri və yaratdığı risklər nəzərə alınması və aradan qaldırılması üçün müvafiq vendorlara təqdim olunub.
Araşdırma haqqında ətraflı məlumatla videoçarx və ya linkdəki məqalə vasitəsilə tanış olmaq mümkündür:
Məlumat üçün qeyd edək ki, Zərərvericilərin Tədqiqi Laboratoriyası ölkədə sahə üzrə kadr hazırlığını gücləndirmək və tədqiqatları dərc etmək üçün “mrl.cert.gov.az” portalını istifadəyə verib. Bu laboratoriyanın əməkdaşları hazırda “Tusi Paleon” insident tədqiqi alətinin, “Tusi Marağa” avtomatlaşdırılmış zərərverici aşkarlama “sandbox” və “Tusi Couple” zərərverici təhdidlərinin simulyasiyası sistemlərinin milli həll kimi hazırlanması layihələri üzərində çalışırlar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşlarımıza təhlükəsizlik həllərinə tam etibar etmədən şəxsi kiber-gigiyenaya diqqətlə yanaşmağı tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]